EN

Əhməd Orucun oğlunun qəfil ölümü... - Səbəb açıqlandı

Fəaliyyəti dayandırılan Azadlıq Partiyasının sədri Əhməd Orucun oğlu Günxanın qəfil ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Axar.az xəbər verir ki, ailə üzvləri Qaynarinfo.z-a açıqlamasında 35 yaşlı Günxanın qəfil ölümünə damarlarındakı tromblaşmanın səbəb olduğunu bildiriblər:

"Günxan şəkər xəstəsi idi. Uzun müddət bu xəstəlikdən əziyyət çəkirdi. Sən demə, onunla yanaşı, damarlarında qan laxtaları olub. Yəni, tromblaşma yaranıbmış. Onun ölümünün əməliyyatla heç bir əlaqəsi olmayıb. Həkimlər nə qədər səy göstərsələr də, qan ürəyə çatmayıb".

Qeyd edək ki, Günxan evli və iki uşaq atası olub.

Chosen
2
axar.az

1Sources