EN

Venesiya sakinləri Ceff Bezosun dəbdəbəli toyuna etiraz ediblər

“Amazon”-un qurucusu Ceff Bezos və nişanlısı Lauren Sançezin dəbdəbəli toy mərasiminə yerli əhalinin etirazları ilə Venesiya son günlər diqqət mərkəzində olub. Oxuməni.az xəbər verir ki, bu barədə “The Cut” məlumat yayıb.

Yerli sakinlər öz tarixi şəhərlərinin Venesiyanın ruhuna və mədəniyyətinə zidd olan belə genişmiqyaslı və təmtəraqlı tədbirə ev sahibliyi etməyi planlaşdırmasından narazılıqlarını bildiriblər.

Məlumata görə, şəhər əhalisi turist axınının artacağından ehtiyat edir və VİP qonaqları qəbul etmək əvəzinə, kommunal xidmətlərin inkişaf etdirilməsi və sərfəli mənzil tələb olunur.

Mərasimin 26-28 iyun tarixləri arasında baş tutacağı və ABŞ prezidentinin qızı İvanka Tramp və əri Cared Kuşner, Kim Kardaşyan, Keti Perri və Leonardo Di Kaprio da daxil olmaqla 200-ə yaxın qonağın iştirak edəcəyi gözlənilir.

Belə ki, ötən həftə sonu Venesiyanın müxtəlif yerlərində Rialto körpüsündə “Bezos üçün yer yoxdur” yazısı olan plakatlar və San-Corco-Macore kilsəsinin şillərində milyarderin adı çəkilmiş pankart peyda olub. Qeyd olunur ki, etirazlar təkcə bu hadisəyə qarşı deyil, həm də mədəni irsin kommersiyalaşdırılması tendensiyasına qarşı yönəlib.

Eyni zamanda, yerli hakimiyyət orqanları tədbirin iqtisadi cəlbediciliyini vurğulayır. Belə ki, Venesiya Şurasının rəhbəri Morris Keron “Dolce & Gabbana” moda evinin nümayəndələrinin müraciətindən sonra toyun keçirilməsi təşəbbüsünə şəhər administrasiyası səviyyəsində baxıldığını bildirib. Venesiya meri Luici Bruqnaro qeyd edib ki, şəhər “tədbirə ev sahibliyi etmək hüququ uğrunda müsabiqədə qalib gəlib”.

Ceff və Lauren-in toyu son altı ayda ən çox müzakirə edilənlərdən birinə çevrilib. Onun 3 gün davam edəcəyi, Amazon sahibinə təxminən 48 milyon dollara başa gələcəyi və Venesiyanın bir neçə ən böyük meydançalarını bir anda tutacağı planlaşdırılır.

Beləliklə, Ceff Bezos və Lauren Sanchez planlaşdırılan toy məkanlarından birini dəyişmək məcburiyyətində qalıblar. Başlanğıcda böyük partinin indi tədbir məkanına çevrilmiş keçmiş xeyriyyə salonu olan “Scuola Grande della Misericordia”-da keçirilməli idi. Şəhərin mərkəzində yerləşir. Bununla belə, indi tədbir daha ucqar ərazidə yerləşən Kannaredcoda keçiriləcək. Milyarder hazırda Venesiyada aktiv şəkildə keçirilən etiraz aksiyalarına belə cavab verib - yerli sakinlər bayramın qəti əleyhinədirlər.

Almaz Həsənli

Chosen
11
1
oxumeni.az

2Sources