EN

Get cazını oxu, Fikrət Əmirova toxunma! Sevda Ələkbərzadəyə irad

Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.

"Sevda Ələkbərzadə musiqilərimizin kantalarını korlayır. Sən Fikrət Əmirov kimi dahi bəstəkarın mahnısını özbaşına ağzını əyərək oxuya bilməzsən".

AZXEBER.COM xəbər verir ki, bunu "O Səs Türkiyə” layihəsinin iştirakçılarından olan tanınmış opera müğənnisi Ülvi Qılınc deyib.

"Elgizlə izlə" verilişində qonaq olan sənətçi Əməkdar artist Sevda Ələkbərzadəyə irad bildirib:

"Sevda Ələkbərzadə və bir çox müğənnilər musiqilərimizin kantalarını korlayır. Sən Fikrət Əmirov kimi dahi bəstəkarın mahnısını özbaşına ağzını əyərək oxuya bilməzsən. Buna sənin haqqın yoxdur. O mahnılar necə yazılıbsa, o notla oxunmalıdır. Yenilik gətirə bilərsən, amma ağzını əyərək oxumağa haqqın çatmır. Caz başqa şeydir, kantanı əymək başqa şeydir. O getsin cazını oxusun, amma Fikrət Əmirova toxunmasın. Başqa millətin musiqisini öz musiqisinin içinə soxaraq yalandan reklam qazanmasın. Fikrət Əmirov dünya şöhrətli bəstəkardır. O da düşünür ki, belə edərək sənətkar olacaq".

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
azxeber.com

2Sources