EN

Android istifadəçiləri diqqətli olun: 'GodFather' virusu 11 türk bankını hədəf alır

Android istifadəçiləri üçün yeni təhlükəsizlik təhlükəsi yaranıb. Zimperium zLabs-ın hesabatına görə, “GodFather” adlı zərərli proqram Türkiyədə bankçılıq və kriptovalyuta tətbiqlərini hədəfləyir. Saxta interfeyslər və qabaqcıl virtuallaşdırma üsulları ilə istifadəçi məlumatlarını ələ keçirən proqram, MP3 tətbiqi kimi maskalanmış cihazlara sızır. Cihazda virtual mühit yaradan proqram bütün məlumatları qeyd edir. Mütəxəssislər, istifadəçilərin tətbiq icazələri ilə bağlı daha diqqətli olması barədə xəbərdarlıq edərək, 100-dən çox platformanın risk altında olduğu bildirilib.

ABŞ-da yerləşən kibertəhlükəsizlik şirkəti Zimperium zLabs tərəfindən dərc edilən son hesabatda Türkiyədə rəqəmsal bankçılıq xidmətlərindən istifadə edən Android istifadəçiləri üçün təəccüblü təhlükəsizlik riski aşkar edilib. Hesabata görə, “GodFather” adlı zərərli proqram birbaşa Türkiyənin maliyyə sektorunu və istifadəçi məlumatlarını hədəf alır.

Qabaqcıl texnikalarla hazırlanmış bu zərərli proqram istifadəçilərin bank və kriptovalyuta proqramlarında fəaliyyətlərini izləyir; parolları, PIN-ləri və digər həssas məlumatları ələ keçirir. Proqramın MP3 yükləmə proqramı vasitəsilə yayıldığı bildirilir. İstifadəçilərdən bütün giriş icazələrini açması xahiş olunur və bu icazələrin necə veriləcəyi addım-addım göstərilir. Bu proseslərdən sonra zərərli proqram qurğulara yüklənir.

Türk bankları birbaşa hədəfdədir

GodFather-in dünya üzrə təxminən 500 mobil tətbiqi hədəf aldığı və Türkiyədə fəaliyyət göstərən bir çox bankın da bu təhlükədən təsirləndiyi bildirilir. Zimperiumun məlumatlarına görə, Türkiyədə milyonlarla istifadəçisi olan ən azı 11 bank bu hücumların birbaşa hədəfinə çevrilib.

Hücumun əsas məqsədi istifadəçilərin bank və kriptovalyuta hesablarına daxil olmaq və onlara nəzarət etməkdir. Proqram istifadəçiləri saxta interfeyslərlə aldadır və onların məlumatlarını toplayır.

Chosen
5
kommersant.az

1Sources