EN

Vətəndaş məmnuniyyətinin nümunəsi – Şöbə müdiri Amil Nəsirova təşəkkür



Dövlət idarəetmə sistemində vətəndaş məmnuniyyətinə yönəlmiş xidmətin təşkili ölkə rəhbərliyinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində dövlət qurumlarında şəffaflıq, operativlik və məsuliyyət prinsipləri əsas fəaliyyət meyarları kimi müəyyən olunmuşdur. Bu istiqamətdə uğurla fəaliyyət göstərən, xalqa yaxın və xidmətə sadiq dövlət qulluqçuları arasında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan şəhər reyestr xidmətinin qeydiyat şöbəsi müdiri Amil Nəsirov xüsusi ehtiram və rəğbətlə qarşılanır.

Amil Nəsirov uzun illərdir ki, dövlət xidmətində çalışır və öz prinsipiallığı, vətəndaşa diqqətli yanaşması, eyni zamanda peşəkar idarəetmə bacarığı ilə seçilir. Onun rəhbərlik etdiyi şöbədə vətəndaşların müraciətləri operativ və səmərəli şəkildə cavablandırılır, sənədlərin rəsmiləşdirilməsində maksimum şəffaflıq və hüquqi əsaslar təmin olunur.
Amil müəllimin fəaliyyətinə yalnız inzibati rəhbərlik kimi deyil, həm də insani münasibətlər baxımından yüksək dəyər verilir. O, müraciət edən hər bir vətəndaşa eyni hörmət və diqqətlə yanaşır, onların problemini öz problemi kimi qəbul edərək həll yolları axtarır. Bu yanaşma, dövlət orqanına olan etimadı artırır, vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Şirvan şəhərindən olan bir çox sakinlər tərəfindən Amil Nəsirovun məsuliyyətli və nümunəvi fəaliyyəti ilə bağlı səsləndirilən minnətdarlıq sözləri təsdiq edir ki, belə məmurlar dövlət xidmətinin cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu əməli işlərlə sübut edirlər.

Biz də öz növbəmizdə, vətəndaşlara yüksək səviyyədə göstərdiyi xidmətə görə Amil Nəsirova dərin təşəkkürümüzü bildiririk. Bu cür məmurlar ölkəmizdə dövlət idarəçiliyinin uğurlu gələcəyinə olan inamı daha da möhkəmləndirir.

Amil müəllimə gələcək fəaliyyətində yeni uğurlar, möhkəm sağlamlıq və daha böyük məsuliyyətləri daşımağa davam edəcək güc və iradə arzulayırıq.

Bayram Xudayarov
AİA.az



Chosen
9
aia.az

1Sources