EN

“The Punisher” yeni “Hörümçək Adam” filmində böyük ekrana gəlir

Yazını böyüt
Yazını kiçilt

Marvelin serialındakı sayıq “The Punisher” rolu ilə tanınan Con Bernthal bu dəfə personajı böyük ekrana gətirir.

Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, Bernthal Soni və Marvelin birgə istehsalı olan yeni “Hörümçək Adam” filmi “Hörümçək-adam: Yeni Gün”də Tom Hollandı müşayiət edəcək. Filmin rejissoru Şanq-Çi və “On Üzük Əfsanəsi” ilə tanınan Destin Daniel Krettondur. Çəkilişlər bu yay Britaniyada başlayacaq. Filmin buraxılış tarixi 31 iyul 2026-cı ilə təyin edilib.

Filmin süjeti əsasən gizli saxlanılır. Hələlik təsdiqlənən yeganə şey, MJ rolunu oynayan Zendaya və Nedi canlandıracaq Ceykob Batalonun rollarına qayıdacağıdır. Lakin bu personajların hekayədə nə qədər böyük yer tutacağı hələ dəqiq deyil. “Stranger Things” filmi ilə tanınan Sadi Sink filmə ən çox diqqət çəkən yeni əlavədir.

Hekayə “Hörümçək Adam: Evə Yol Yoxdur”dan sonra baş verir, burada bütün dünya Peter Parkerin Hörümçək adam olduğunu öyrənib və sonra bu məlumat silinib.

“The Punisher”in filmə daxil edilməsi hekayənin daha "küçə səviyyəsində" və realist tonda irəliləyəcəyini göstərir. Çünki komikslərdə Frank Kastl sehrli və ya qabaqcıl texnologiya yerinə yumruqları, bıçaqları və silahları ilə cinayətkarlarla mübarizə aparan personajdır.

Bernthal ilk olaraq Netflix serialı “Daredevil”də personajı canlandırıb, daha sonra iki mövsüm davam edən öz serialı “The Punisher”lə yoluna davam edib. O, ən son Disney+-da yayımlanan “Daredevil: Born Again” filminin bir neçə epizodunda Frank Kastl roluna qayıdıb.

Marvel gələcəkdə “The Punisher” personajına daha çox yer ayırmağı planlaşdırır. Born “Again”in ikinci sezonunda görünməsi gözlənilən Bernthal Disney+ üçün hazırlanan müstəqil “The Punisher” filmindəki obraza da qayıdacaq.

Bu il Berntalın böyük ekran layihələri arasında Ben Affleklə üzbəüz olan “The Accountant 2” və Rami Malekin baş rolda oynadığı “The Amatör” filmləri var.

Chosen
5
hafta.az

1Sources