Biri aldadıldığını, digəri isə aldatmadığını deyir...
Azedu.az Xəzər xəbərə istinadən xəbər veri ki, söhbət saxta olduğu iddia edilən olimpiadadan gedir.
Övladı Dubayda keçirilən yarışmada iştirak edən valideyn "Global Olimpiad Center" MMC tərəfindən özünün və yarışmaya qatılan digər ailələrin aldadıldığını bildirir. Qarşı tərəf isə iddiaları qəbul etmir.
Valideyn Vəfa Məmmədova iddia edir ki, 7-ci sinifdə oxuyan övladı üçün 5000 manatdan çox pul verib Dubayda keçirilən beynəlxalq olimpiadaya qatılıblar, lakin sonra bu olimpiadanın beynəlxalq statuslu olmadığını, gələcəkdə şagirdə heç bir faydası olmayacağını öyrəniblər.
Valideyn həmçinin təşkilatçılıq məsələlərində nöqsanların olduğunu və testlərin doğru tərtib olunmadığını iddia edir.
"Global Olimpiad Center" MMC direktoru isə iddiaları doğru saymır və bildirir ki, tam adı (Future Intelligence students olympiad) olan FİSO neynəlxalq olimpiada deyil, beynəlxalq yarışmadır.
Direktor həmçinin onu da qeyd edir ki, valideynlərə öncədən bütün şərtlər izah edilib və bunun əsasında müqavilə imzalanıb.