EN

Soçidə Bodrum bahalığı: etirazlar artır

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın məşhur Qara dəniz kurortlarından biri olan Soçidə yeni açılan çimərlik ərazisində günəş çarpayıları və bunqalovların kirayə qiymətləri müzakirələrə səbəb olub. Federal “Sirius” rayonunda ictimai sahə kimi istifadəyə verilən çimərlikdə sadə günəş çarpayısının gündəlik icarə haqqı 11 min rubl (təxminən 140 dollar), “lüks” günəş çarpayısının haqqı isə 15 min rubl (təxminən 130 dollar) təşkil edir.

Hafta.az-ın Sochi1.ru-ya istinadən yazdığına görə, obyekt Mantera Supreme otel kompleksi tərəfindən idarə olunur.

Jurnalistlərin yerindəcə apardığı yoxlamaya əsasən, 6 min kvadratmetrlik çimərlik sahəsinə yüksək keyfiyyətli kvars qumu tökülüb, 300 şezlong və 12 bunqalov qoyulub.

Giriş pulsuz olsa da, kirayə haqqına dəsmal və içməli su daxildir, qiymətlər bir çox istirahət edənlərin büdcəsini üstələyir.

Bungalovun kirayəsi təxminən 80 min rubl (təxminən 1019 dollar) təşkil edir. Çimərlikdən daha çox otel qonaqlarının istifadə etdiyi, şezlonqların əksəriyyətinin boş olduğu bildirilir.

Bu qiymətlər Soçinin digər çimərlikləri ilə müqayisədə kifayət qədər yüksəkdir.

Şəhərdə orta hesabla günəş şezlonunu gündə 1000 rubla (təxminən 13 dollar) icarəyə götürmək olar. Bundan əlavə, Soçinin Adler rayonunda bəzi şəxslərin həmin həftə ərzində bunqalov üçün 1500 rubl (təxminən 20 dollar) tələb etdiyi də görülüb.

Rusiya Turoperatorları Assosiasiyasının vitse-prezidenti Sergey Romaşkin bu təcrübələrin qeyri-qanuni olduğunu vurğulayaraq, bütün çimərliklərin ictimai olduğunu və özəl sub-kirayə fəaliyyətlərinin qanuni sanksiyalar tələb etdiyini bildirib.

Chosen
4
hafta.az

1Sources