EN

İran XİN başçısı hərbi əməliyyatların dayandırıldığına işarə edib

İranın xarici işlər naziri Abbas Əraqçı Silahlı Qüvvələrin hərbi əməliyyatları dayandırdığına işarə edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Güclü Silahlı Qüvvələrimizin İsraili təcavüzünə görə cəzalandırmaq üçün həyata keçirdiyi hərbi əməliyyatlar son dəqiqəyə, səhər saat 4-ə (Bakı vaxtı ilə 04:30) qədər davam edib”, – XİN başçısı qeyd edib.

O, hücumlara “son dəqiqəyədək cavab verən” orduya təşəkkürünü bildirib.

Chosen
15
1
xezerxeber.az

2Sources