EN

Bakıda “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisi fəaliyyətə başladı

BAKI, 24 iyun. TELEQRAF

Bakıda “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisi öz fəaliyyətinə başlayıb.

Teleqraf xəbər verir ki, tədbir “Bank və maliyyə ekosistemində yeni meyllər: innovativ həllər, Fintex və təhlükəsizlik” mpvzusuna həsr edilib.

Sammit regionun maliyyə sektorunun inkişaf istiqamətlərinin müzakirəsi məqsədilə sahənin aparıcı nümayəndələri və tənzimləyici qurumları bir araya gətirib. Regionun əsas maliyyə tədbirlərindən biri hesab olunan sammit innovasiya, əməkdaşlıq və inkişaf mövzularında fikir mübadiləsi üçün platforma rolunu oynayır.

Fintex Sammiti rəqəmsallaşma, ödəniş sistemlərindəki yeniliklər və maliyyə sahəsindəki tendensiyalar üzrə fikir və təcrübə mübadiləsi üçün mühüm platforma kimi çıxış edir. Tədbir çərçivəsində rəqəmsal valyutalar, innovativ bank məhsulları, banklarla fintex şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunacaq. Eyni zamanda kibertəhlükəsizlik və hüquqi çərçivələrlə bağlı çağırışlara da diqqət yetirilir. Sammitdə maliyyə dayanıqlılığının gücləndirilməsi, inklüzivliyin artırılması və müştəri təcrübəsinin təkmilləşdirilməsinə dair məsələlər əsas mövzulardan biri olacaq.

Chosen
27
teleqraf.com

1Sources