EN

Neft bazarı İsrail-İran atəşkəsinə uyğunlaşır: ENİŞ YAŞANIR 

İsraillə İran arasında atəşkəs əldə olunmasına dair xəbərlər dünya bazarında neft qiymətlərinin ucuzlaşması prosesini sürətləndirib. 


Referans "Bloomberg"ə istinadən xəbər verir ki, bu günün ilk hərraclarında Londonun ICE birjasında neft qiymətləri 3 dollara yaxın ucuzlaşaraq 69,50 dollara düşüb.


Nyu-Yorkun NYMEX elektron birjasında WTI neftinin qiymətində eyni səviyyədə ucuzlaşmadan sonra hərraclar 66,69 həddinə enib.


Analitiklərə görə, qiymətlər 63-65 dollar həddinə qədər ucuzlaşacaq. Dünən neft 80 dollar həddindən 72 dollara qədər geriləmişdi.



Chosen
3
1
referans.az

10Sources