EN

Bu ölkələr hava məkanlarını açdılar


Küveyt və Bəhreyn öz hava məkanından uçuşlar üçün istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırdıqlarını elan ediblər.

News24 xəbər verir ki, onlar bu qadağanı İranın Qətərdəki ABŞ bazasına zərbə endirməsindən sonra qoymuşdular.

"Nəqliyyat və Rabitə Nazirliyinin Mülki Aviasiya Departamenti Bəhreyn Krallığının hava məkanının tam olaraq açıldığını elan edib", - Bəhreyn rəsmisi bildirib.

Oxşar bəyanatı Küveyt də rəsmilərə istinadən yayıb./unikal

Chosen
20
2
news24.az

10Sources