London və Kiyev uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) və dron-müdafiə sistemlərinin birgə istehsalını başlatmaq barədə razılığa gəliblər.

İndex.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmerlə danışıqların nəticələrinə dair teleqramda bildirib.

“<...> Bu sahədə qarşılıqlı əməkdaşlıq Ukraynaya mühüm layihələrin, xüsusilə də dron-müdafiə sistemlərinin və uzaqmənzilli dronların istehsalı üçün sabit maliyyələşdirmə əldə etməyə imkan verəcək”, – Ukrayna lideri vurğulayıb.

Onun sözlərinə görə, danışıqlar zamanı Kiyev həmçinin Britaniyadan Ukraynanın hava hücumundan müdafiə sisteminin (HHM) gücləndirilməsinə nail olub.