EN

Qətərin vasitəçiliyi ilə İsrail və İran arasında atəşkəs elan edilib

ain.az, Oxumeni.az saytına istinadən bildirir.

Qətərin vasitəçiliyi ilə İsrail və İran arasında atəşkəs elan edilib

İran İsraillə atəşkəsə razılaşıb. Tehran bununla bağlı mesajını Qətər vasitəsilə ABŞ-a çatdırıb.

Bu barədə Reuters və CNN məlumat yayıb.

Reuters-in məlumatına görə, ABŞ sülh planı təklif edib, bu planı İsraillə razılaşdırıb, bundan sonra Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Tehranla danışıb və İran hakimiyyətinin razılığını alıb.

CNN, prezident Donald Trampın Qətər əmiri ilə danışıb və İsrailin atəşkəsə razılaşdığını bildirib.

Nəşrin mənbələrinə görə, daha sonra Tramp Qətərdən İranı da atəşkəsə razılaşmağa razı salmasını istəyib. ABŞ-ın vitse-prezidenti J.D.Vens Qətər baş nazirinin ofisi ilə detalları razılaşdırıb.

Əziz Mustafa

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
1
oxumeni.az

2Sources