EN

Nigerdə məsciddən çıxanlar güllələnib 71 nəfər ölüb, xeyli yaralanan var

Mia.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Nigerin Tillaberi bölgəsində terror aktı törədilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Manda kəndi naməlum silahlı terror təşkilatı üzvləri tərəfindən hücuma məruz qalıb.

Məlumata görə, namazdan sonra məscidin həyətinə toplaşan camaat güllələnib: "Nəticədə 71 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb".

Xatırladaq ki, bu bölgədə mart ayında da cümə namazı zamanı Fambita kəndindəki məscidə də hücum olub və  44 nəfər öldürülüb.

Onu da qeyd edək ki, Tillaberi Niger, Mali və Burkina Faso ilə sərhəd xəttində yerləşir. Bu bölgə 2017-ci ildən bəri Əl-Qaidə və İŞİD-ə bağlı terror təşkilatları tərəfindən tez-tez terrora məruz qalır.

Firudin Səfərli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
mia.az

2Sources