EN

Rusiyada şok hadisə - Yol aralandı, maşın su qaynayan quyuya düşdü - ÖLƏNLƏR VAR

Rusiyanın Penza şəhərində avtomobil qaynar su çuxuruna düşüb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Qəzanın baş verdiyi ərazidə suyun verilişində fasilə yaranıb. "Penzanın istilik sistemi şirkəti”nin texniki direktoru Vasili Juravlev bildirib ki, səhər saatlarında hadisə yerində buxarlanma olmayıb: "Biz vəziyyəti daim nəzarətdə saxlayırıq. Boru normal işləyirdi. Hadisəyə görə təəsüf edirik”.

İlkin məlumata görə, hadisə yeraltı istilik xəttində baş verən qəzadan sonra yolun altında yaranmış gölməçənin ətrafını buxarın basması və sürücünün bunu görməməsi səbəbindən baş verib.

www.anews.az
Chosen
45
anews.az

1Sources