EN

Ərəb dünyası ayağa qalxdı: Qətərə dəstək verən ölkələr

Bir sıra ölkələr İranın Qətərdəki ABŞ hava bazasına hücumunu qınayıb.

Publika.az xəbər verir ki, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya, Küveyt, Oman, Fələstin, Yəmən və Mərakeş Qətərə dəstək verib.

Bu ölkələrin xarici işlər nazirlikləri bu məsələ ilə bağlı müvafiq bəyanatlarla çıxış ediblər.

Ərəb Dövlətləri Liqası da İranın Qətərdə yerləşən əl-Udeyd hərbi bazasına hücumunu pisləyib və bunu ölkənin suverenliyinə qarşı tamamilə qəbuledilməz bir təcavüz kimi qiymətləndirib.

Chosen
28
publika.az

1Sources