EN

Tehranda gecə kabusu: İsrail Müdafiə Nazirliyini vurdu – Trampın “sülh” bəyanatından sonra müharibə başladı

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın “Sülh zamanı gəldi” bəyanatından cəmi bir neçə saat sonra İsrail Hərbi Hava Qüvvələri Tehrana qarşı genişmiqyaslı hücumlara başlayıb.

Hücumun əsas hədəfi İran Müdafiə Nazirliyinin binası olub. Tehran şəhəri hazırda davam edən hava zərbələri nəticəsində şiddətli bombardman altındadır.

İsrail təyyarələri bu gecə saatlarında İranın paytaxtı Tehran səmasına daxil olaraq birbaşa Müdafiə Nazirliyinin yerləşdiyi əraziyə raket zərbələri endirib. Güclü partlayışlar şəhərin müxtəlif istiqamətlərindən eşidilib. Bina ciddi dağıntılara məruz qalıb, şəhərin üzərində qara tüstü və yanğın izləri müşahidə olunmaqdadır.

Tehranda hava hücumu siqnalları səslənir, əhali kütləvi şəkildə sığınacaqlara yönəlib. Bir sıra binalar təxliyə olunub, şəhərdə internet və mobil rabitə tam və ya qismən sıradan çıxıb. Yerli mənbələrin məlumatına görə, hücum nəticəsində mülki obyektlər də zərər görüb, xəsarət alanların sayı barədə hələlik rəsmi açıqlama verilməyib.

Tramp sülh elan etmişdi – və bir neçə saat sonra müharibə başladı

Qeyd edək ki, bir neçə saat öncə ABŞ Prezidenti Donald Tramp İranın Qətərdə yerləşən Əl-Udeyd bazasına cavab zərbəsini “çox zəif” adlandırmış, 14 raketdən 13-nün havada vurulduğunu, birinin isə təsirsiz qaldığını bildirmişdi. Tramp bəyan etmişdi ki, İran hücumdan əvvəl ABŞ-a xəbərdarlıq edib və bunun nəticəsində amerikalı hərbçilər təhlükəsizliyə çəkilib. “Bütün dünyanı təbrik edirəm, sülh zamanı gəldi!” – deyə o çıxış etmişdi.

Lakin bu bəyanatdan az sonra İsrailin Tehrana başlatdığı bombardman bölgədə vəziyyəti yenidən müharibə səviyyəsinə gətirib. İsrail hərbi rəhbərliyi hələlik rəsmi açıqlama yaymasa da, Tehran səmalarında İsrailə məxsus döyüş təyyarələrinin olduğu bildirilir.

Tehran bombardman altındadır, müharibə dayandırılmadı – əksinə, başlatıldı.

 

Musavat.com

Chosen
30
1
musavat.com

10Sources