EN

Bred Pitt hamıdan qaçır: “Uçan boşqab” hazırlatdı

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Son 4-5 ildə təbiətə qaçmaq arzusunda olan bir çox insan kiçik evlərə və ya avtokarvanlara üz tutub.  Hollivudun məşhur aktyoru Bred Pitt son vaxtlar dəbdəbəli və davamlı həyatı bir araya gətirən sifarişli portativ evi ilə gündəmə gəlib. B.Pitt 3 milyon dollardan artıq qiymətə tavanı ikiyə, divarları üçə bölünə bilən mobil yaşayış sahəsi inşa etdirib. Bu “ev” “uçan boşqab” formasındadır. Bred Pittin 5 yerə bölünə bilən möhtəşəm UFO-su “daşına bilən sərvət” hesab edilir və cəmi 8 ədəd istehsal edilib. Pandemiya dalğasından sonra “Kiçik evlər” dünyasına maraq təkcə ictimaiyyət arasında deyil, məşhurlar arasında da genişlənib. Hollivudun tanınmış adlarından biri olan Bred Pitt 1969-cu ildən memarlıq aləmində "UFO evi" kimi tanınan portativ quruluşlu evi satın alaraq Kaliforniyadakı şəxsi mülkünə əlavə edib. Sözügedən tikili yunan memar Nikolaos Xasteros tərəfindən layihələndirilib və 45 kvadratmetr istifadəyə yararlı sahəyə malikdir. Fiberklas gövdəsi və taxta döşəmə quruluşu ilə kosmik kapsula bənzəyən bu ev 1960-cı illərin sonlarında dövrün yenilikçi memarlıq anlayışını təmsil edirdi. Onun “UFO evi” adlandırılmasının səbəbi dairəvi xətləri və futuristik formasıdır. İllərlə gözdən gizlədilən quruluş 2023-cü ildə fransız qalereya sahibi Clament Cividino tərəfindən bərpa edilərək İspaniyanın Girona bölgəsində nümayiş etdirilib. Cividino verdiyi açıqlamada, "Memar Xasteros 1973-1978-ci illər arasında bu tip səkkiz ev tikdi. Onlardan üçü Fransanın şimal-şərqindəki bir şəhərdə bərpanı gözləyir, digər dördü isə sökülüb. Səkkizincisi indi Hollivud aktyoruna məxsusdur. Xasterosun evi yalnız plastikdən tikilmiş ən gözəl evdir”, deyib. Bu tip binalar kosmos gəmilərini xatırladan oval formalarına görə ictimaiyyət arasında “UFO evləri” kimi tanınır. 45 kvadratmetrlik ev şüşə lifdən tikilib və döşəməsi taxtadır. Ancaq bu evi həqiqətən xüsusi edən onun tamamilə sökülə bilməsidir. Quruluşu bərpa edilmiş vəziyyətdə aldıqdan sonra Pitt sökülən evi iki konteynerdə Kaliforniyadakı mülkünə daşıdı. Evin damı ikiyə, divarları isə üç yerə bölünərək daşınma prosesi başa çatdırılıb. Bred Pitt hazırda evi mebelsiz saxlayır. Mənbələrə görə, bu, şüurlu seçimdir. Məşhur aktyor tikilidən yoqa studiyası, qonaq evi və ya şəxsi qaraj kimi istifadə etməyi planlaşdırır. Bred Pittin memarlığa olan həvəsi yeni hobbi deyil. 2000-ci illərin əvvəllərində o, Frank Gehrinin rəhbərliyi altında kompüter dəstəkli dizayn üzərində işləyərək özünü memarlıq dizaynına qərq etdi. Daha sonra o, Yeni Orleanda ekoloji cəhətdən təmiz, daşqına davamlı evlərin tikintisinə diqqət yetirən "Make It Right" Fondunu təsis etdi. Fond təkcə xeyriyyə təşkilatı kimi deyil, həm də memarlıq vasitəsilə sosial yaraları sağaltmaq məqsədilə yola çıxan qabaqcıl sosial təşəbbüs kimi seçilir. Fondun məqsədi ABŞ-nin Yeni Orlean şəhərində Katrina qasırğası nəticəsində dağılmış ərazilərdə müasir, dayanıqlı və ucuz mənzillər tikmək idi. Yerli əhalinin çoxu bu qasırğada evsiz qalıb və hökumətin yardımı yetərli olmayıb. Bred Pitt buradakı insanların layiqli həyat sürməsi üçün təhlükəsiz, ekoloji cəhətdən təmiz və estetik cəhətdən möhkəm evlər tikmək ideyası ilə hərəkətə keçib. Bred Pittin "memarlıq vasitəsilə şəfa" ideyası qlobal diqqət cəlb etməyi bacarıb. Pitt bir dəfə memarlığın "yaşaya biləcəyiniz nəhəng bir sənət əsəri" olduğunu söylədi və gözəl dizayn edilmiş məkanların insan təcrübəsini yüksəldə biləcəyinə inanmasına toxunub. Bu yeni ev alqı-satqısı onun memarlığa olan həvəsini təkcə sosial məsuliyyətlə deyil, həm də şəxsi kolleksiyaları vasitəsilə davam etdirdiyini göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
sherg.az

2Sources