EN

Paranormal hadisələrin mərkəzi olan Skinuoker Rançda nələr baş verir?

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-ın Yuta ştatında yerləşən Skinuoker Ranç (Ranç - Amerika qitəsində yayılmış ferma növüdür) uzun illərdir qeyri-adi və izahı çətin hadisələrlə gündəmə gələn, qorxulu və bir o qədər də maraq doğuran bir məkandır. Fermada baş verdiyi iddia olunan hadisələr bəzilərinə görə fövqəltəbii varlıqlarla, bəzilərinə görə isə yadplanetlilərlə əlaqələndirilir. Bəs əslində burada nələr baş verir?

Dastanlarla yoğrulmuş keçmiş və dəhşət dolu iddialar

Qaynarinfo Skinuoker ferması Yutanın Uintah qraflığında, Uintah və Ouray yerli amerikalı rezervasiyasına yaxın bir bölgədə yerləşir. Fermanın adı ABŞ-ın cənub-qərbində yaşayan navaxo qəbiləsinin əfsanələrindən gəlir. Bu əfsanələrdə "skinuoker" adlanan, insana və ya heyvana çevrilə bilən, pis niyyətli şamanların çağırdığı varlıqlardan bəhs olunur. Əsrlər boyu bu bölgədə belə varlıqların dolaşdığına inanılıb.

1994-cü ildə fermaya köçən Şerman ailəsi burada yaşadıqları qorxulu təcrübələrlə geniş tanınıb. Onların dediyinə görə, fermanın ərazisində canavarabənzər varlıqlarla qarşılaşıblar, göydə izahı mümkün olmayan işıqlar müşahidə ediblər, tarlalarda "əkin dairələri"nə bənzər izlər tapıblar, havada naməlum səslər eşidiblər və bir çox mal-qaraları izsiz və səbəbsiz şəkildə şikəst vəziyyətdə aşkarlanıb. Bu hadisələr nəticəsində ailə 1996-cı ildə mülkü satıb bölgəni tərk etdi.

Paranormal tədqiqatlar və nəticəsiz araşdırmalar

Şerman ailəsinin açıqlamaları bir anda ABŞ-da və dünya miqyasında maraq oyadıb. Fərqli ölkələrdən paranormal tədqiqatçılar və araşdırmaçılar fermaya üz tutmağa başlayıb. Fermaya sahib olan növbəti şəxs, havacılıq sahəsində fəaliyyət göstərən iş adamı Robert Biqelov Milli Anomal Fenomenləri Tədqiqat İnstitutunu (NIDSci) quraraq burada illərlə müşahidələr aparıb.

Bu elmi və texnoloji yanaşmalara baxmayaraq, heç bir dəqiq və inkarolunmaz sübut ortaya qoyulmayıb. Fermadakı qeyri-adi hadisələrin, təəssüf ki, çoxu sadəcə iddia olaraq qalıb.

Fermanın populyarlığı "The History Channel" tərəfindən yayımlanan sənədli seriallarla daha da artıb. Lakin bu proqramlarda da heç bir konkret və qəti sübut təqdim olunmayıb.

Qorunan sirr və cavabsız suallar

Skinuoker ferması bu gün də geniş ictimaiyyətə açıq deyil və ciddi şəkildə mühafizə olunur. Əraziyə daxil olmağa çalışan azsaylı ziyarətçilər mühafizəçilər tərəfindən uzaqlaşdırılır. Bu isə bəzi sualları doğurur: əgər burada heç bir qəribəlik yoxdursa, ərazi niyə silahlı mühafizə ilə qorunur? Niyə sahib şirkət bu mülkü hələ də əlində saxlayır və satmır?

Skinuoker fermasına dair təqdim olunan hekayələr, hər nə qədər qorxulu və təsirli olsa da, bu günə qədər heç bir elmi sübutla dəstəklənməyib. Hadisələrin təbiəti, insan psixologiyası və ya yerli folklorla izah edilə biləcəyi də ehtimallar arasındadır. Ancaq yenə də bu sirli yer, qaranlıq atmosferi və bitməyən mübahisələri ilə maraq doğurmağa davam edir.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
qaynarinfo.az

1Sources