"Liverpul"un futbolçusu Nataniel Fillips karyerasını "Vest Bromviç"də davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İngiltərəli mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2019-cu ildən "Liverpul"un üzvü olan 28 yaşlı oyunçu indiyədək "Ştutqart", "Bonmut", "Seltik", "Kardiff" və "Derbi Kaunti"də icarə əsasında oynayıb.