16 yaşadək basketbolçu qızlardan ibarət yığmamız "Airom Cup" beynəlxalq turnirinə uğurlu start verib.
"Football-plus.az" xəbər verir ki, U-16 millimiz Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş yarışda bu gün iki oyun keçirib.
Basketbolçularımız ilk görüşdə Qazaxıstanın "Aul Sport" klubu ilə qarşılaşıb və 72:32 hesablı qələbə qazanıb. Qızlarımız ikinci oyununda isə Qazaxıstanın digər təmsilçisi "Barsy Atrau" komandasını 78:43 hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, millimiz sabah növbəti oyunlarını keçirəcək.