ABŞ prezidenti Tramp, “Qətərdəki hücumla bağlı bizə əvvəlcədən xəbərdarlıq etdiyi üçün İrana təşəkkür etmək istəyirəm. Bunun sayəsində can itkisi və xəsarət alan olmayıb”, – deyib.
“Ola bilsin ki, İran indi regionda sülh və harmoniyaya doğru irəliləyə bilər və mən İsraili də eyni şeyi etməyə həvəslə təşviq edəcəyəm”.