EN

Tətil üçün Dubaya gedən turist deportasiya edildi - SƏBƏB

Bir britaniyalı, nişanlısı və qızı Dubaya uçub, lakin sonra kişi deportasiya edilib. O, BƏƏ-dən qovulmasının inanılmaz səbəbini sonradan öyrənib. 34 yaşlı Cordan Howman bir həftəlik tətil keçirməyi planlaşdırdığı nişanlısı Tereza və qızı Cake ilə Dubay hava limanına gəlib.
 

Sfera.az xəbər verir ki, britaniyalı üzünə döymə vurduğuna görə Dubaya buraxılmayıb. Ölkəyə gəldikdən sonra kişi gömrük işçiləri tərəfindən altı saat saxlanılıb, sonra isə üzündəki döymə səbəbindən deportasiya edilib. Əsas səbəb onun üz döyməsi olub.

 

"Bu, məni tamamilə sındırdı. Mənə qarşı vəhşicəsinə ayrı-seçkiliyə məruz qaldığımı hiss etdim. Nişanlım ağlayırdı. Yerli qanunlarda üz döymələrinə qadağa yoxdur" - deyə kişi bildirir.
 

Cordan və onun nişanlısı Tereza döymələrin böyük pərəstişkarıdır.


Onun sözlərinə görə, bu hadisə onda "iyrənc" hisslər yaradıb və onu əvvəllər sevimli ölkəsi olan Əmirliklərə qayıtmaqdan tamamilə çəkindirib.
 

"Bir daha ora getməyəcəyəm. Sırf üzümdəki döyməyə görə bütün pulumu itirdim" - Cordan deyib. İndi həmin şəxs Mançesterə qayıdıb və deyir ki, ona pasportu yalnız evə gələn kimi qaytarılıb.
 

"Yalnız Böyük Britaniyaya enəndən sonra deportasiya zamanı götürülən pasportumu geri aldım" - deyən şəxs əlavə edir ki, hələlik nə aviaşirkətə, nə də BƏƏ-yə qarşı məhkəməyə müraciət etmək fikrində deyil.
 

Jurnalistlər şərh almaq üçün Dubay Hava Limanı İdarəsi və BƏƏ Turizm Departamenti ilə əlaqə saxlayıblar. Yazı dərc olunan zaman jurnalistlərin sorğusuna cavab verilməyib.

 

Aysel

Chosen
18
sfera.az

1Sources