EN

Tramp İrana təşəkkür etdi

Azpost portalından alınan məlumata görə, ain.az xəbər verir.

“İranın nüvə obyektlərini məhv etməmizə rəsmi reaksiyası çox zəif oldu. Biz bunu gözləyirdik və çox təsirli şəkildə cavab verdik”.

AzPost bildirir ki, bu sözləri ABŞ prezidenti Tramp Truth sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, 14 raket buraxılıb. “Onlardan 13-ü vuruldu və 1-i zərərsiz istiqamətdə uçduğu üçün “buraxıldı”. Məmnuniyyətlə bildirmək istəyirəm ki, heç bir amerikalı xəsarət almayıb və faktiki olaraq heç bir ziyan olmayıb. Daha da önəmlisi odur ki, onlar “buxarı buraxıblar” və artıq nifrət olmayacaq”.

Tramp İrana təşəkkür edib: “İtki və xəsarət alanların olmamasını təmin edən ilkin xəbərdarlığa görə İrana təşəkkür edirəm. Ola bilsin ki, İran indi Yaxın Şərqdə sülh və harmoniyaya doğru irəliləyə bilər. Mən həvəslə İsraili də bunu etməyə təşviq edərdim. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!” – deyə ABŞ prezidenti Truth sosial şəbəkəsində yazıb.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
12
azpost.info

10Sources