Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda baş tutacaq “Sabah” – “Selye” (Sloveniya) qarşılaşmasının biletləri satışa çıxarılıb.
"Football-plus.az" xəbər verir ki, matçı stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilər.
Bundan başqa, qarşıdakı günlərdə “Bank Respublika Arena”nın kassalarında və başqa satış məntəqələrində də bilet satışlarına başlanacaq.
Xatırladaq ki, “Sabah” – “Selye” matçı iyulun 10-da, saat 20.00-da “Bank Respublika Arena”da baş tutacaq.