İranın Qətərdə yerləşən ABŞ-ın Əl-Üdeyd hərbi bazasına raket zərbəsi endirməsinə baxmayaraq, bazada heç bir fiziki zərər qeydə alınmayıb.
,”New York Times” Pentaqon rəsmilərinə istinadla bu məlumatı yayıb.
Məlumatda vurğulanır ki, ABŞ-ın qabaqcıl hava müdafiə sistemləri hücumun böyük hissəsini neytrallaşdırıb və zərbələrin bazanın əməliyyatlarına təsiri olmayıb.
Bu açıqlama İranın hücumunun effektivliyi ilə bağlı suallar yaratsa da, Vaşinqton hərbi mövqeyini qorumaqda qərarlıdır.
Musavat.com