EN

“Lids” millinin üzvü ilə gücləndi

Sloveniya millisinin üzvü Yaka Biyol karyerasını İngiltərədə davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, 26 yaşlı müdafiəçi İngiltərənin “Lids” klubu ilə 5 illik müqavilə imzalayıb. Transferin maliyyə detalları açıqlanmayıb.

Biyol 2022-ci ildən bu yana çıxış etdiyi “Udineze”nin heyətində 95 oyuna çıxıb, 5 qol və 4 assistlə yadda qalıb. O, İtaliya təmsilçisinə Rusiyanın MOİK klubundan transfer olunmuşdu. Sloveniyalı oyunçu paytaxt klubunun formasını 96 dəfə geyinib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bundan əvvəl “Hannover”, eləcə də ölkəsində “Rudar” və “Bravo” klublarında çıxış edən Biyol, 2018-ci ildən etibarən Sloveniya millisinin heyətində 63 matçda forma geyinib.

Chosen
21
90deqiqe.az

1Sources