EN

Yaxın Şərqin iki ölkəsi hava məkanını bağlayıb » AzadMedia.az


BƏƏ və Bəhreyn hava məkanını bağlayıb

Bəhreyn hakimiyyəti hava məkanının müvəqqəti bağlandığını elan edib. Bu barədə ölkənin dövlət agentliyi BNA məlumat yayıb.

Qərarın “regionda eskalasiya fonunda ehtiyat tədbiri kimi” qəbul edildiyi vurğulanır.

Uçuş trayektoriyalarını və dispetçerlərin səs yazılarını təhlil edən Flightradar24 xidmətinin məlumatına görə, hazırda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üzərində hava məkanı bağlıdır.

Bu gün Qətər hakimiyyəti də təhlükəsizlik məqsədilə ölkənin hava məkanını müvəqqəti bağlayıb.

Bundan əvvəl İordaniya, İraq və Livan da oxşar tədbir görmüşdü.

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya Rusiya təyyarə operatorları üçün təlimatları (NOTAM) yeniləyib. Sənəddə İsrail və İran hava limanlarına, eləcə də İsrail, İordaniya, İraq, İran və Qətər hava məkanlarına uçuşlar həyata keçirilməməsi nəzərdə tutulur. Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako bildirib ki, bu göstərişlər iyunun 26-sı Moskva vaxtı ilə saat 02:59-dək qüvvədədir.
Chosen
16
50
azadmedia.az

10Sources