EN

"İranın heç vaxt nüvə silahına sahib olmaq fikri olmayıb" - Bakıdan ÇAĞIRIŞVİDEO

İsrailin İrana hücumu nəticəsində 430 nəfər ölüb, 3500-ü yaralanıb.

Xezerxeber.az-ın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi mətbuat konfransında deyib. Hücumların təkcə hərbi deyil, həmçinin də mülki obyektlərə olduğunu qeyd edən diplomat dünya ictimaiyyətini bu hücumları sərt şəkildə qınamağa çağırıb. Seyid Cəfər Ağayi həmçinin deyib ki, İran heç vaxt nüvə silahına sahib olmaq fikrində olmayıb. Eləcə də İran silahlı qüvvələri genişmiqyaslı hücumlardan çəkinib.

Seyid Cəfər Ağayi onu da bildirib ki, İran Atom Eenerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossini İsrailin hücumlarına şərik hesab edir. Onun sözlərinə görə, Qrossi əvvəllər İranın sistematik şəkildə nüvə silahına malik olmasına dair dəlillərin olmadığını bildirib, lakin indi özü bu təcavüzə şərik çıxır.

Diplomat qeyd edib ki, İsrail-İran gərginliyi səbəbindən İran vətəndaşlarının Azərbaycanda qalaraq ölkəyə qayıda bilməməsi barədə səfirliyə müraciət olmayıb.

Müvəqqəti işlər vəkili onu da bildirib ki, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini davam etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
22
xezerxeber.az

1Sources