Vətəndaşların kreditlərlə bağlı kiçik məbləğli borclar barədə məlumatlandırılmaması ciddi problem yarada bilər.
Xezerxeber.az-ın xəbərinə görə, bunu Azərbaycan Kredit Bürosunun rəhbəri Elçin Həbibov Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransında jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, vətəndaşların kredit tarixçəsinə düşən neqativ hər hansı bir hal barəsində dərhal məlumat alması üçün yeni platforma yaradılıb.
Baş direktor bildirib ki, kiçik borclar, neqativ hallarla bağlı bank vətəndaşa məlumat göndərməsə də, bu platforma vasitəsilə Kredit Bürosu göndərəcək.
Neqativ halla bağlı bildiriş alan vətəndaş aidiyyəti banka yaxınlaşıb problemi həll etməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.