EN

Azərbaycanlı futbolçu Türkiyə KLUBUNDA

"Ankaragücü" klubun U-19 komandasının üzvü azərbaycanlı futbolçu Həsən Nəzərovla peşəkar müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə 2-ci liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Həsən Nəzərov 2023-cü ildə "Ankaragücü" sistemindədir. O, ötən ildən əsas komandanın da formasını geyinir.

Bizim.Media

Chosen
7
4
bizim.media

5Sources