Məhərrəm ayının başlamasına az qalmış qızıl bazarında durğunluq başlayıb.
Xezerxeber.az-ın xəbərinə görə, satıcılar deyirlər ki, hər il məhərrəm ayında toy şənlikləri azalır. Bu il də eyni vəziyyət yaşanacağından qızıl bazarına təsirsiz ötüşməyib.
Buna baxmayaraq, son bir neçə gündə əyarından asılı olmayaraq qızılın qiymətində artım var.
Restoran inzibatçıları isə deyirlər ki, Məhərrəm ayının başlamasına az qalmış restoranlarda sıxlıqdır.
İnzibatçılar onu da bildirirlər ki, Məhərrəm və Səfər ayları sonrasına əksər günlər üçün yerlər demək olar ki, tam bron edilib.
Xezerxeber.az mövzu ilÉ™ baÄŸlı daha É™traflı videomaterialı tÉ™qdim edir.Â