EN

KİV: İordaniyada bir çox hotelin yerləşdiyi ərazidə pilotsuz təyyarə qəzaya uğrayıb » AzadMedia.az


İordaniyanın paytaxtı Əmmanın qərb rayonlarından birində pilotsuz təyyarə (PUA) qəzaya uğrayıb.

Bu barədə “Petra” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, PUA bir çox hotelin cəmləşdiyi Umm-Uzein bölgəsinə düşüb. Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur.

Qəzaya uğrayan PUA-nın hansı ölkəyə məxsus olduğu hələlik məlum deyil.
Chosen
31
3
azadmedia.az

10Sources