EN

İranın Baş Qərargah rəisi: ABŞ-nin hücumuna cavab verəcəyik

ABŞ-nin İran ərazisinə hücumu böyük səhv idi.

Bakıvaxtı.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi deyib.

"Biz onun nəticələri barədə dəfələrlə xəbərdarlıq etmişik. Buna mütənasib şəkildə cavab verəcəyik", - o qeyd edib.

O, ABŞ Prezidenti Donald Trampın İrana hücum qərarı ilə bütün beynəlxalq qanunları pozduğunu bildirib.

Chosen
32
50
bakivaxti.az

10Sources