EN

Ayı 4 nəfərə hücum etdi, ikisini öldürdü

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada ayı 4 nəfərə hücum edib, onlardan ikisi ölüb, digər ikisi isə xəstəxanaya yerləşdirilib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Saxailində, "Üç maral" heykəlinin yaxınlığında baş verib.

Ərazidə dayanan 4 nəfərə meşəlik ərazidən çıxan ayı qəfil hücum edib. Ölənlərdən biri dərhal canını tapşırıb, digəri isə xəstəxanaya aparılarkən keçinib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Sakinlər bir neçə gün əvvəl yaxınlıqda ayı balası gördüklərini deyirlər. Güman ki, qatil ayı həmin balanın anasıdır.

Qeyd edək ki, əraziyə nəzarət edən meşə təsərrüfatının əməkdaşları zərərsizləşdirmək məqsədilə ayının axtarışlarına başlayıblar.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
93
36
525.az

10Sources