EN

Zaqatalada Talaçaydan sel keçib: Təhlükəli vəziyyət yaranıb

ain.az, Oxu.az saytına istinadən bildirir.

Zaqatalada Talaçayda sel suları mühafizə bəndini qəzalı vəziyyətə salıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilib ki, güclü yağışlar nəticəsində Talaçayda suyun səviyyəsinin artması nəticəsində Zaqatala şəhərinin Nizami küçəsinin mühafizəsini təmin edən daş-beton bəndin bir hissəsi yararsız vəziyyətə düşüb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Ruslan Poladov bildirib ki, həmin ərazi Zaqatala rayonu Nizami küçəsində yerləşir:

"Talaçayın sağ sahilində olan bənd 1980-ci illərdə inşa edilib. O artıq istismar müddətini başa vurub. Ərazi mütəmadi olaraq texnikalarla nəzarətdə saxlanılır. Çayın məcrası həmişə sol sahilə doğru dəyişdirilir. Lakin gecədən başlayan leysan yağışları nəticəsində çaydan sel keçib. Sel nəticəsində çay məcrasını sağ sahilə doğru dəyişib. Bəndlər istismar müddətini başa vurduğu üçün onların aşağı hissəsi deşilib. Nəticədə mövcud təhlükəli vəziyyət yaranıb. Tərəfimizdən həmin məsələ daha əvvəlcədən qaldırılıb. Əraziyə baxış keçirilib və 300 metrə yaxın mühafizə bəndinin təklifi hazırlanıb".

Həmin görüntüləri təqdim edirik:

Şükufə Süleymanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
oxu.az

2Sources