EN

Mədəniyyət Nazirliyi Anara cavab verdi: 2025 2028 ci illərdə...

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi və Cəfər Cabbarlının ev muzeyi ilə bağlı tənqidinə cavab verib.

Nazirlik Qaynarinfo-ya açıqlamasında bildirib ki, Xızı rayonunda yerləşən Mikayıl Müşfiqin ev muzeyinin yenidən qurulması 2025-2028-ci ildə baş tutacaq: 

"Qurumun tabeliyində 43 memorial-xatirə və ev muzeylərinin fəaliyyət göstərir. Onlardan 17-i Bakı şəhərində, 26-ı regionlarda yerləşir. Mədəniyyət Nazirliyi tərəfindən muzeylərin cari və əsaslı təmiri, ekspozisiyalarının bədii tərtibatı, maddi texniki bazasının gücləndirilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır. Belə muzeylərdən Bakı şəhərindəki Qara Qarayevin ev-muzeyi, Bülbülün Memorial muzeyi, Səməd Vurğunun ev-muzeyi, Hüseyn Cavidin Ev Muzeyi, R. Rzanın ev-muzeyi, Cəlil Məmmədquluzadənin ev-muzeyi, Əzim Əzimzadənin Mənzil Muzeyi son illərdə təmir olunaraq ekspozisiyası yenilənən muzeylərdəndir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, Şuşa şəhərində 2021-ci ildə Bülbülün ev-muzeyi, 2024-cü ildə isə Üzeyir Hacıbəylinin ev-muzeyinin təmir-bərpa işlərindən sonra açılışı baş tutub. Sorğunuza cavab olaraq bildiririk ki, Xızı rayonu Mikayıl Müşfiq Muzeyinin 2025-2028-ci illər ərzində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısında yenilənməsi nəzərdə tutulub. Xızı rayonunda yerləşən Cəfər Cabbarlının ev-muzeyində təmir-bərpa işlərinin aparılması, o cümlədən muzey ekspozisiyasının müasir standartlara uyğun yenidən qurulması məsələsinə regionlarda muzey müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey işinin təşkili istiqamətində aparılan islahatlar çərçivəsində baxılacaq".

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Mədəniyyət Nazirliyini tənqid edib. Xalq Yazıçısı bildirib ki, Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi və Cəfər Cabbarlının ev-muzeyi pis vəziyyətdədir. Bununla bağlı sədr dəfələrlə Mədəniyyət Nazirliyi qarşısında məsələ qaldırsa da ona qurumdan hər hansı cavab verilməyib.

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
2
qaynarinfo.az

3Sources