EN

DİQQƏT: Yağış, şimşək və dolu ehtimalı mövcuddur - QURUM RƏSMİSİ AÇIQLADI

"23, 24 və 25 iyun tarixlərində hava şəraiti ilə bağlı proqnozlara əsasən Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək, 23 və 24 iyun tarixlərində gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman və azca çiskin müşahidə oluna bilər". Bu sözləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib.

Onun sözlərinə görə, 24 iyun gündüz saatlarında küləyin ara-sıra güclənəcəyi gözlənilir, havanın maksimal temperaturu 24 ilə 28 dərəcə selsi arasında dəyişəcək: "Bölgələrdə isə hava əsasən yağmursuz olacaq, yalnız 24 iyun gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli lokal xarakterli yağış şimşək və dolu ehtimalı mövcuddur. Bəzi yerlərdə gecə və səhər saatlarında zəif duman müşahidə edilə bilər. Külək isə ayrı-ayrı ərazilərdə ara-sıra güclənə bilər aran rayonlarında havanın maksimal temperaturu 28 ilə 33 dərəcə selsi arasında dəyişəcək. Dağlıq ərazilərdə isə bu göstərici 13 ilə 18 dərəcə arasında olacaq".

Müəllif: Ziya Hikmətoğlu
Chosen
10
1
sia.az

2Sources