EN

İran diplomatiya yolunu tərk etməyib - Ağayi

İran diplomatiya yolunu tərk etməyib.

Aktual.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi mətbuat konfransında deyib.

O qeyd edib ki, İran Avropa Birliyi rəsmiləri və bir sıra dünya liderləri ilə bu məsələdə danışıqlar apardığı bir vaxtda ABŞ İrana hücuma dəstək göstərib:

"İran İsrailin hücumlarına cavab vermə hüququnu özündə saxlayır. BMT üzvü olan bütün ölkələrdən, xüsusilə region və İslam ölkələrindən, Qoşulmama Hərəkatının üzvlərindən bu hücumu qınamaları və əməli addımlar atmaları gözlənilir”.

Chosen
8
9
ulusum.az

10Sources