Azərbaycan çempionu "Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışı çərçivəsində ilk rəqibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Ukraynanın "Metallist 1925" klubu ilə qarşılaşacaq.

Yoxlama matçı iyulun 7-də gerçəkləşəcək.

Xarkov şəhərini təmsil edən "Metallist 1925" Ukrayna Premyer Liqasına bu il vəsiqə qazanıb.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasına hazırlıq məqsədilə 2-16 iyul aralığında Avstriyada olacaq. Səfəröncəsi Ağdam klubu Bakıda "Zirə" ilə yoxlama oyununda qüvvəsini sınayacaq.