Bakı. Trend:
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun barəsindəDövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrəməhkəmə prosesi yekunlaşıb.
Trend xəbərverir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim ElnurNuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən BəhruzSəmədova hökm oxunub.
Hökmə əsasən, Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrumedilib.
Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında DTX-ninkeçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. O,Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittihamolunur.
DTX tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.