“ABŞ-nin İrandakı nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra mümkün radioaktiv risklər hələlik qiymətləndirilməyib”.
Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) heç bir radioaktiv çirklənmə əlamətinin aşkar edilmədiyi ilə bağlı bəyanatlarına baxmayaraq, bu məsələ “haqlı narahatlıq doğurmaya bilməz”.
Fidan Hacızadə
Sfera.az