Pakistanın bir sıra tanınmış siyasətçiləri və ictimai xadimləri hökuməti ABŞ prezidentini 2026-cı il Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı tövsiyəsini geri götürməyə çağırıb.
Yenisabah.az “Press Trust of India”ya istinadla xəbər vei ki, onların fikrincə, İslamabadın Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı tövsiyəsi onun İranı bombalamaq əmrindən sonra ən azı yersizdir.
"Cəmiat Ulema-e-Islam" partiyasının lideri Maulana Fəzlur Rəhman bildirib: "ABŞ prezidentinin öz sülh səyləri ilə bağlı iddialarının yalan olduğu sübuta yetirilib. Pakistanın Trampın Nobel Sülh Mükafatına namizədliyi geri götürülməlidir. Tramp İsrailin Fələstinə, Suriyaya, Livana və İrana hücumlarını dəstəkləyib. Bunu onun sülh istəyi necə hesab etmək olar?"
Keçmiş senator Məşahid Hüseyn İrana zərbə endirmək qərarını ABŞ prezidentinin vəzifəyə gəldikdən sonra “ən böyük səhvi” adlandırıb. Siyasətçi X sosial şəbəkəsində yazıb: "Tramp İrana qarşı müharibəyə başlayandan sonra sülhməramlı sayıla bilməz. Pakistan hökuməti Trampın Nobel Sülh Mükafatına namizədliyini geri götürməlidir".
Telegram kanalımız