EN

Tomas Bax rəsmi olaraq Kirsti Koventriyə BOK prezidenti vəzifəsini təhvil verib

Üzgüçülük üzrə ikiqat olimpiya çempionu Kirsti Koventri rəsmən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti vəzifəsinin icrasına başlayıb. Lozannada onun səlahiyyətlərinin təhvil verilməsi ilə bağlı xüsusi mərasim keçirilib.Bu barədə Oxuməni.az “RBC”-ya istinadla xəbər verir.

Koventri BOK-a 2013-cü ildən rəhbərlik edən Tomas Baxı əvəz edib. Zimbabve təmsilçisi martda keçirilən seçkilərdə qalib gəlib.

Bax 41 yaşlı Koventriyə Olimpiya Evinin simvolik açarını hədiyyə edib.

Koventri Baxa vəzifədə gördüyü işlərə görə təşəkkür edib və ən yaxşı komandaya sahib olacağına söz verib.

Koventri Afina və Pekin Olimpiadalarında 200 metr məsafəyə arxası üstə üzmə yarışının qalibi olub. Onun həmçinin dörd gümüş və bir bürünc Olimpiya medalı və dünya çempionatlarında üç qələbəsi var.

Almaz Həsənli

Chosen
2
1
oxumeni.az

2Sources