EN

Rəsmi Bakı Suriyada kilsədə törədilən terror aktını pislədi


Azərbaycan Dəməşqdə kilsədə baş verən terror hücumuna görə Suriyaya başsağlığı verib.
Yenavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib.
“Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zorakılıq aktından zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk. Biz Suriya hökuməti və xalqı ilə həmrəyik, ekstremizmə qarşı birliyə çağırırıq”, - paylaşımda qeyd edilib.
Chosen
15
10
yeniavaz.com

10Sources