EN

Rusiya bu ölkəyə 10 minlik ordu yeridir? – İstanbuldan uçan reysləri...

Moldovanın baş naziri Dorin Reçan deyib ki, Rusiya Dnestryanıya 10 min hərbçi yerləşdirmək və Moldovada demokratik yolla seçilmiş rejimi devirmək niyyətindədi.

Publika.az xəbər verir ki, o, bu barədə “Financial Times” (FT) qəzetinə deyib.

“Onlar Dnestryanıda hərbi mövcudluğunu gücləndirmək istəyirlər”, - deyən Dorin əlavə edib ki, Moskva onlayn təbliğatdan istifadə edir və partiyalara və seçicilərə qanunsuz pul köçürmələr edir.

Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov deyib ki, Moldova hakimiyyətinin Moskvanın Dnestryanıda sülhməramlı kontingenti artırmaq niyyəti ilə bağlı bəyanatları çaşdırıcıdır.

"Birdən söz-söhbət yarandı ki, ölkəmiz guya 10 min sülhməramlı gətirməyi planlaşdırır. Amma qoy mənə izah etsinlər ki, Rusiya indiki şəraitdə bunu necə edə bilər?", - səfir deyib.

Chosen
1
1
publika.az

2Sources