Kritik 72 saatın 48-i arxadaqalıb.
"Medicina" xəbər verir ki,aktyorun bacısı Dilarə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, artıq əməliyyatdan sonrakı kritik 72 saatın 48 saatı tamam olub.
"Hələlik Vüsal reanimasiya şöbəsindədir. Ümidimiz böyükdür. İnşallah, qalan saatları da bu gün normal keçirsə, güman edirik ki, hər şey yaxşı olacaq. Həkimlərin anevrizma əməliyyatlarında ən çox ehtiyat etdiyi dövr vazospazm (damar büzüşməsi) dövrüdür. Bu müddətdə orqanizmin müdaxilələrə reaksiyası önəmli rol oynayır".
D.Əliyeva qeyd edib ki, həkimlər zəruri olan bütün tibbi müdaxilələri həyata keçiriblər, lakin əsas məsələ orqanizmin özünü necə aparacağıdır:
"Həkimlərin ehtiyat etdiyi də elə bu dövrdür. Dediyim 72 saat ona xidmət edir ki, həmin o təhlükəli dövrü orqanizm keçsin. Hazırda Vüsal əməliyyat qədər önəmli bir dönəmdən keçir. İnşallah ki, hər şey qardaşım üçün yaxşı olacaq".