ain.az, Axar.az saytına istinadən bildirir.
Baş nazir Benyamin Netanyahu və mənim göstərişlərimə uyğun olaraq, İsrail hazırda Tehranın mərkəzindəki rejimin hədəflərinə və hökumətin repressiya orqanlarına, o cümlədən “Bəsic” qərargahına, siyasi məhbuslar və rejim müxaliflərinin saxlanıldığı Evin həbsxanasına, Fələstin meydanındakı “İsrailin məhv edilməsi” saatı, SEPAH-ın daxili təhlükəsizlik qərargahına hücumlar edir.
Axar.az xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrail Katz özünün X hesabında yazıb.
“İsrailə edilən atılan hər hücuma görə İran diktatoru cəzalandırılacaq və hücumlar tam gücü ilə davam edəcək”, - Katz bildirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.