EN

Trampın planı: Dərmanlar ABŞ-da ucuzlaşacaq, Avropada kəskin bahalaşacaq

ABŞ prezidenti Donald Trampın dərmanların qiymətlərini aşağı salmaq planları avropalıların onlar üçün daha çox pul ödəməli olması və yeni dərmanlara çıxış imkanının azalması ilə nəticələnə bilər.

Publika.az xəbər verir ki, Britaniyanın "Financial Times" (FT) qəzeti bu barədə ekspertlərə istinadən məlumat yayıb.

Mütəxəssislər təklif edib ki, xüsusilə istehsalçılar Böyük Britaniyanın Milli Səhiyyə Xidməti ilə danışıqlar aparır ki, onu dərmanların qiymətini qaldırmağa inandırsınlar. Qəzetin mənbələrinə görə, sənaye nümayəndələri razılığa gələ bilməsələr, Vaşinqton qiymətləri Britaniya səviyyəsinə endirməyə cəhd edə bilər.

Nəşr qeyd edir ki, Avropa ölkələri çox güman ki, planlaşdırılan büdcə və əczaçılıq şirkətləri ilə uzunmüddətli müqavilələr sayəsində kəskin qiymət artımından qaça biləcəklər. Belə şəraitdə istehsalçılar digər dərmanların qiymətlərinin xeyli aşağı olduğu bazara yeni dərmanlar buraxmaqdan imtina edə bilərlər.

Chosen
7
publika.az

1Sources